Təsviri
Möhkəm 17 litrlik paslanmaz polad konteynerlə təchiz edilmiş WD 3 PS V-17/4/20 Workshop nəm və quru təmizləmə tozsovuranı üstün sovurma gücü təmin edir, enerji səmərəliliyi və yığcamlığı ilə seçilir – və bütün bunlar cəmi 1000 Vt nominal enerji istehlakı ilə baş verir. Ev emalatxanaları üçün nəzərdə tutulmuş bu xüsusi tozsovuran 2 metrlik sovurma şlanqı, 4 metrlik kabel, 2 plastik boru, dar ucluq (şelivaya nasadka), alətlər üçün nazik şlanq, alət adapteri və yumşaq tüklü fırçası ilə diqqət çəkir. Digər bir praktiki xüsusiyyət isə elektrik alətlərini birbaşa tozsovurana qoşmağa imkan verən daxili rozetkadır. Bu zaman tozsovuran qoşulmuş elektrik aləti vasitəsilə avtomatik işə düşür və sönür. Cihaz həmçinin təkparçalı kartric filtri, flis filtr-torbası və döşəmənin sürətli və dərindən təmizlənməsi üçün Clips başlığı ilə təchiz olunub. Bu, həm xırda, həm də iri çirkləri anında təmizləməyə imkan verir. Daha həssas səthlər də fırça vasitəsilə asanlıqla təmizlənir. Çıxarıla bilən tutacaq ucluğu birbaşa sovurma şlanqına bərkitməyə imkan verir ki, bu da məhdud məkanlarda işi asanlaşdırır. Tozsovurma mümkün olmayan hallarda isə çirkləri təmizləmək üçün əlverişli hava üfürmə funksiyasından istifadə edilə bilər.
Xüsusiyyətləri və faydaları
İş masasının təmizlənməsi üçün xüsusi ləvazimatlar
Yumşaq tüklü sovurma fırçası vasitəsilə iş masasının tozsovuranla sürətli və dərindən təmizlənməsi. Səthlərə qarşı həssasdır və buna görə də zərif zonalar üçün uyğundur.
Elektrik alətləri ilə işləmək üçün avtomatik açarı olan rozetka.
Rəndələmə, mişarlama və ya cilalama nəticəsində yaranan çirklər birbaşa tozsovuran vasitəsilə təmizlənir. Tozsovuran elektrik aləti tərəfindən avtomatik olaraq işə salınır və söndürülür.
Kartric filtri
Əlavə filtr dəyişikliyinə ehtiyac duymadan nəm və quru təmizləmə üçün. Filtrin əlavə bərkidici elementlər olmadan, sadəcə fırladılaraq asan quraşdırılması və çıxarılması.
Texniki şərtlər
Texniki məlumatlar
| Nominal giriş gücü (Vt) | 1000 |
|---|---|
| Nominal giriş gücü. Daxili rozetka (Vt) | min. 100 - maks. 2100 |
| Soruş gücü (Vt) | 230 |
| Vakuum (mbar) | maks. 230 |
| Hava axını (l / saat) | maks. 45 |
| Konteynerin tutumu (l) | 17 |
| Konteyner materialı | Paslanmaz polad |
| Rəng komponenti | Cihazın baş hissəsi, sarı konteyner, paslanmaz polad, cihazın bamperi, sarı |
| Elektrik kabeli (m) | 4 |
| Nominal Aksesuar Ölçüsü (mm) | 35 |
| Gərginlik (V) | 220 – 240 |
| Tezlik (Hs) | 50 – 60 |
| Səs təzyiq səviyyəsi (dB (A)) | 74 |
| Rəng | Sarı |
| Aksesuarlarsız çəkisi (kq) | 5,2 |
| Qablaşdırma daxil olmaqla çəki (kq) | 7,5 |
| Qabaritlər (U × E × H) (mm) | 353 x 328 x 493 |








Rəylər
Hələ ki, rəylər yoxdur.