Təsviri
Kompakt ölçüləri (16–20 x 36 x 33 sm) sayəsində şəbəkə ilə işləyən **BD 17/5 C** aparatı adi döşəməyuyan və digər təmizlik maşınları ilə işlənməsi mümkün olmayan səthlərin qənaətli mexanikləşdirilmiş təmizlənməsini təmin edir. Buna görə də o, klininq şirkətləri və kommunal xidmətlər üçün mükəmməl seçimdir. Yan tərəfdə yerləşən idarəetmə elementlərinə asan çıxış rahat iş rejimini təmin edir. Fırlanma sürəti tənzimləyicisi (0–470 dövr/dəq) və geniş aksesuar seçimi müxtəlif tapşırıqların, məsələn, ümumi təmizləmə, bərk səthlərin kristallaşdırılması və ya cilalanması, habelə xalça örtüklərinin şampunla yuyulmasının effektiv həllini təmin edir. Cihazın böyük üstünlüyü (xüsusən də pilləkənlərin təmizlənməsi zamanı) üfüqi və şaquli səthlərin eyni vaxtda təmizlənməsi imkanıdır ki, bu da vaxta və vəsaitə qənaət edir. Aparatın gövdəsi zərbəyə davamlı plastikdən hazırlanıb. Disk fırçalar və ya pad tutacaqları saniyələr ərzində dəyişdirilir. İki tutacaq yüngül (5 kq) aparatın etibarlı tutulmasını və sadə idarə olunmasını təmin edir.
Xüsusiyyətləri və faydaları
İdarəetmə asanlığı
Kiçik sahəli səthlərin, məsələn, pilləkən pillələrinin və pəncərə altlıqlarının təmizlənməsi üçün effektiv həll yolu. Daşınması sadədir.
Disk fırça texnologiyası
Aparat demək olar ki, texniki qulluq tələb etmir.
Yığcam, dar dizayn
Fırlanma sürəti konkret təmizlik tapşırığına uyğunlaşdırıla bilər.
Texniki şərtlər
Texniki məlumatlar
| İş genişliyi (mm) | 170 – 200 |
|---|---|
| Fırçaların iş eni (mm) | 170 |
| İş hündürlüyü (mm) | 330 |
| Fırça sürəti (r / dəq) | 470 |
| Fırça hərəkət etdirən mator (Vt) | 120 |
| Səs təzyiq səviyyəsi (dB (A)) | 69 |
| Elektrik təchizatı parametrləri (V/Hz) | 220 – 230 / 50 – 60 |
| Çəki (təchizatsız) (kq) | 5,3 |
| Çəki (aksesuarlarla) (kq) | 5,6 |
| Çəki (qutu ilə birlikdə) (kq) | 6,396 |
| Ölçü (U × E × H) (mm) | 330 x 136 x 290 |









Rəylər
Hələ ki, rəylər yoxdur.