Təsviri
BR 45/22 C Bp Pack döşəməyuyan maşını – kiçik və orta ölçülü sahələr üçün ideal seçimdir. Hər iki istiqamətdə 200 dərəcə fırlanan və geniş işçi eninə malik KART texnologiyalı fırça başlığı ilə təchiz olunmuş bu maşın müstəsna dərəcədə manevrlidir və buna görə də əşyalarla həddindən artıq dolu olan səthlər üçün mükəmməl uyğun gəlir. Eyni zamanda, fırçanın və sorucu tirin bir-birinə nəzərən paralel yerləşməsi məhsuldarlığın artmasını və stabil təmizlik nəticəsini təmin edir. Sükan ştanqının hündürlüyü tənzimlənir. BR 45/22 C Bp Pack bir keçidlə süpürmə və nəm təmizləmə funksiyalarını effektiv şəkildə birləşdirir: o, xırda zibilləri yığır, təmizləyir və sorucu tir vasitəsilə rütubətin optimal şəkildə toplanmasını təmin edir. İnteqrasiya olunmuş effektiv litium-ion batareyalar adi qurğuşun akkumulyatorların xidmət müddətini üç dəfə üstələyən istismar müddəti təqdim edir, həmçinin tamamilə texniki qulluq tələb etmir. İnnovativ qənaət rejiminin istifadəsi eco!efficiency iş müddətini daha da artıra və iş səsini təxminən 40% azalda bilər. Əlavə HEPA filtri (opsiya) çirkli sudan çıxan işlənmiş havanı süzgəcdən keçirir ki, bu da sizə gigiyena baxımından xüsusilə həssas olan yerlərdə işləməyə imkan verir.
Xüsusiyyətləri və faydaları
- Mebellə dolu olan və dönməyin çətin olduğu yerlərdə belə maşının üstün manevr qabiliyyətini təmin edir
- Fırça həmişə hərəkət istiqamətinə eninə (perpendilyar) yerləşir. Alüminiumdan hazırlanmış möhkəm sorucu tir hər bir küncdəki suyu etibarlı şəkildə sorur.
- Təmizləmə və suyun yığılması geriyə hərəkət zamanı da mümkündür
- Tamamilə texniki qulluq tələb etmir və adi batareyalarla müqayisədə 3 dəfəyə qədər daha uzun xidmət müddətinə malikdir
- Ehtiyac olduqda, aralıq və qismən doldurulma (şarj edilmə) imkanı
- Çox sürətli doldurulma müddəti (3 saat ərzində tam doldurulma, 1 saat ərzində yarıya qədər)
- Enerji istehlakını azaldır və batareyanın iş müddətini 50%-ə qədər artırır
- İş zamanı səs səviyyəsini 40% azaldır
- Enerjiyə qənaət həmçinin ümumi CO₂ emissiyasının azaldılmasına kömək edir
- Divarlardan 90° bucaq altında uzaqlaşmağı (geriyə hərəkət etməyi) mümkün edir
- Maşının gövdəsində çıxıntıların olmaması idarəetməni asanlaşdırır
- Bazardakı digər analoji maşınlardan təxminən 35% daha yüngüldür
- Maşını pilləkənlər, çıxıntılar və pillələr üzərindən asanlıqla keçirməyi (daşımağı) mümkün edir
- Nəqliyyat vasitəsilə daşınması, hətta kiçik avtomobillərdə belə əhəmiyyətli dərəcədə daha asandır
- Saxlanma zamanı yerə qənaət təmin edilir
- Həmçinin kiçik avtomobillərdə daşınmaq üçün də uyğundur
- Batareyanı istənilən vaxt doldurmaq (şarj etmək) mümkündür
- Tam bir yükləmə 3 saat, yarım yükləmə 1 saat çəkir. Aralıq yükləmələr istənilən vaxt mümkündür.
- Şarj cihazı avtomatik olaraq sönür. Gözləmə rejimində işləmə zamanı heç bir enerji istehlak edilmir.
- İnadkar çirkləri aradan qaldırmaq üçün yüksək fırça təzyiqi.
- Sərt döşəmə və yarıqları təmizlənmədə yüksək performans.
- Çox yaxşı və sabit təmizləmə nəticələri
- Bir dövrdə təsirli bir şəkildə süpürür, yuyur və boşaldır.
- Xırda zibilləri, taxta qırıntılarını və digər xırda əşyaları toplayır.
- Sorma tirinin (balkasının) optimal işləməsinə kömək edir
Texniki şərtlər
Texniki məlumatlar
| Elektrik şəbəkəsinin parametrləri (V) | 25,2 |
|---|---|
| Fırçaların iş eni (mm) | 450 |
| Sovurma tirinin eni (mm) | 500 |
| Güc istehlakı (Vt) | до 550 |
| Batareya (V/Ah) | 25,2 / 42 |
| Batareya dəstindən işləmə müddəti (saat) | maks. 2 |
| Maks. sahə performansı (m² / saat) | 1800 |
| Təmiz / çirkli su üçün qab həcmi (l) | 22 / 22 |
| Fırça təzyiqi (q / sm²) | 100 – 150 |
| Fırça sürəti (r / dəq) | 750 / 1050 |
| Səs təzyiq səviyyəsi (dB (A)) | 66,5 |
| Çəki (qutu ilə birlikdə) (kq) | 57,98 |
| Ölçü (U × E × H) (mm) | 970 x 530 x 1115 |



Rəylər
Hələ ki, rəylər yoxdur.