• Birbank
Artikul: 1.628-138.0

Qiyməti 293.00 

Kateqoriyalar: , ,
Təsviri

Enerji baxımından səmərəli olan **WD 3 S V-15/4/20** təsərrüfat tozsoranı cəmi 1000 Vt enerji sərf etməklə yüksək sorucu güc yaradır. Sorucu şlanq və içliklərlə təchiz olunmuş döşəmə başlığı ilə birlikdə quru və yaş, iri və xırda tullantıların toplanmasında mükəmməl nəticə göstərir. Kompakt ölçüləri ilə seçilən bu model paslanmayan poladdan hazırlanmış dayanıqlı 15 litrlik tullantı qabı, 4 metrlik kabel, 2 metrlik sorucu şlanq və toxunmamış materialdan hazırlanmış filtr-torba ilə təchiz olunub. Çıxarılmayan patron filtr sayəsində quru və yaş təmizləmə rejimləri arasında filtr dəyişikliyi olmadan rahat keçid mümkündür. Üfürmə funksiyası çətin əlçatan yerlərin təmizlənməsini asanlaşdırır. Kompakt şəkildə saxlanma üçün şlanq mühərrik hissəsinə asılır, kabel xüsusi qarmağa dolanır, uzadıcı borular və döşəmə üçün başlıq isə bufer hissədə yerləşdirilir. **Pull & Push** kilidləmə sistemi tullantı qabının tez və asan çıxarılıb-taxılmasına imkan verir. Tutacaq sorucu şlanqdan çıxarılaraq başlıqlar birbaşa şlanqa taxıla bilər. Mühərrik hissəsinin düz səthi alətlərin və xırda detalların (məsələn, vintlərin) saxlanması üçün uyğundur. Daşıma üçün nəzərdə tutulmuş erqonomik tutacaq isə rahat istifadəni təmin edir.

Xüsusiyyətləri və faydaları
Çıxarılmayan kartric filtri
Çıxarılmayan kartric filtri

Filtri dəyişdirmədən nəm və quru təmizləmə əməliyyatlarını dəyişdirmək üçün. Əlavə fiksasiya element istifadə etmədən asan quraşdırılması və çıxarılması

Kabel və aksesuarların rahat və praktik saxlanması
Kabel və aksesuarların rahat və praktik saxlanması

Aksesuarların rahat və yığcam saxlanması və onların daim əlində olması. Quraşdırılmış qarmaqda birləşdirici kabelin təhlükəsiz saxlanması.

Sorucu şlanqın cihazın gövdəsində saxlanması imkanı.
Sorucu şlanqın cihazın gövdəsində saxlanması imkanı.

Sorucu şlanqın cihazın yuxarı hissəsində kompakt şəkildə asılması. Asan bərkidilir və həm sağəllilər, həm də soləllilər üçün rahatdır.

Rəylər

Hələ ki, rəylər yoxdur.

Будьте первым, кто оставил отзыв на “Хозяйственный пылесос WD 3 S V-15/4/20”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir