• Birbank
Artikul: 1.628-449.0 + 1.324-709.0

Qiyməti Original price was: 1,379.00 ₼.Current price is: 1,059.00 ₼.

Kateqoriyalar: , , ,
Təsviri

90 illik yubiley münasibətilə təqdim olunan K 5 Power Control Flex Home & Brush Anniversary Edition mini-yuyucu aparatı məhdud sayda, xüsusi rəng dizaynında istehsal olunub və özünəməxsus aksessuarlarla təchiz edilib. Bu yüksək təzyiqli yuyucu müxtəlif səthlərin effektiv təmizlənməsi üçün nəzərdə tutulub və təzyiqin dəqiq tənzimlənməsi imkanı ilə seçilir. Kärcher Home & Garden mobil tətbiqindəki inteqrasiya olunmuş tətbiq məsləhətçisi, istifadəçiyə hər bir təmizlik vəzifəsi üçün optimal təzyiq səviyyəsini müəyyən etməyə kömək edir və praktiki tövsiyələr təqdim edir. Bu isə ideal təmizlik nəticələrinə nail olmağa imkan verir. Modelin əsas üstünlükləri arasında: Kärcher-in yuyucu vasitə tədarükü sistemi (Plug ’n’ Clean), Təzyiqin rahat tənzimlənməsi, Universal istifadə imkanı, Zəngin komplektasiya və funksionallıq yer alır. Plug ‘n’ Clean …yuyucu vasitənin asan və sürətli dəyişdirilməsi üçün nəzərdə tutulmuş Kärcher-in Plug ’n’ Clean sistemi, və yüksək təzyiqli şlanq — rahat və effektiv təmizlik üçün ideal həll təqdim edir. …PremiumFlexistifadə zamanı əlavə rahatlıq təmin edən PremiumFlex yüksək təzyiqli şlanq, asan daşınma üçün yüksək keyfiyyətli alüminium teleskopik tutacaq, həmçinin avadanlığın rahat istifadəsini təmin edən sistem Quick Connectyüksək təzyiqli şlanqı aparata və püskürtmə tapançasına tez bir zamanda qoşmaq və ayırmaq imkanı verən sistem, bu da həm vaxt, həm də fiziki səylərə qənaət etməyə imkan yaradır. Park vəziyyəti aksesuarların rahat şəkildə saxlanmasını təmin edir və işləmə zamanı onların daim əlçatan olmasına şərait yaradır. Komplektə Home & BrushKit dəsti daxildir: T 5 səth təmizləyici, 1 litr daş və fasad təmizləyici vasitə, 1 litr universal təmizləyici, və WB 60 yuyucu fırça.

Kompaniyanın 90 illik yubileyi münasibətilə xüsusi məhdud buraxılışda təqdim olunan **KWD 3 S V-17/4/20 Anniversary Edition** təsərrüfat tozsoranı unikal rəng həlli və xüsusi komplektasiyası ilə seçilir. Elegant qara korpusda hazırlanan bu modelə avtomobil başlığı və 4 ədəd toxunmamış materialdan hazırlanmış filtr-torba daxildir. Nominal gücü 1000 Vt olan aparat yüksək sorucu güc və enerji səmərəliliyini təmin edir. Cihaz, sorucu şlanq və dəyişdirilə bilən içliklərə malik döşəmə başlığının optimal kombinasiyası sayəsində quru və yaş, iri və xırda tullantıların effektiv toplanmasını zəmanət altına alır. Kompakt quruluş, paslanmayan poladdan hazırlanmış 17 litrlik tullantı qabı, 4 metrlik kabel və 2 metr uzunluğunda sorucu şlanq tozsoranın universal imkanlarını artırır. Üfürmə funksiyası çətin çatılan yerlərdə tullantıların asan təmizlənməsini təmin edir. Təmizləmə işindən sonra şlanq və kiçik ölçülü istifadə olunmuş alətlər tozsoranın yuxarı hissəsində yerləşdirilə, kabel isə xüsusi qarmağa asıla bilər. Bundan əlavə, aparatın buferində uzadıcı borular və döşəmə başlıqları üçün saxlanma yerləri mövcuddur. Erqonomik və çıxarıla bilən tutacaq vasitəsilə aksesuarlar birbaşa sorucu şlanqa qoşula bilər. Düşünülmüş **Pull & Push** kilid sistemi tullantı qabının asanlıqla qoşulub-ayrılmasını təmin edir.

Rəylər

Hələ ki, rəylər yoxdur.

Будьте первым, кто оставил отзыв на “KWD 3 Anniversary Ed + K 5 Power Control Flex Home&Brush AE”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir