Qiyməti Original price was: 499.00 ₼.399.00 ₼Current price is: 399.00 ₼.
Kateqoriyalar: Ev & Bağ, Şaquli tozsoranlar, Tozsoranlar ev üçünTəsviri
VCS 3 Nano akkumulyatorlu tozsoranı – gündəlik təmizlik işlərində yığcam və səmərəli köməkçidir. Ağıllı çirklənmə dərəcəsinin təyini sistemi və sorma gücünün buna uyğun olaraq avtomatik tənzimlənməsi sayəsində effektiv təmizlik təmin edilir və bir akkumulyator doldurulması ilə işləmə müddəti optimallaşdırılır. Clean Control displeyində seçilmiş təmizlik rejimi və çirklənmə dərəcəsi barədə məlumat əks olunur. Müasir fırçasız sabit cərəyan mühərriki (BLDC) və döşəmə ucluğunun optimallaşdırılmış kipləşdiricisi istənilən səthdən tozun effektiv şəkildə təmizlənməsini təmin edir. Döşəmə ucluğundakı işıqlı (LED) daxili işıqlandırma isə hətta ən kiçik çirkləri belə görməyə imkan verir. 180° dönən şarnir yüksək manevr qabiliyyəti bəxş edir, ucluğun künclərdə və mebellərin ətrafında rahat hərəkətini təmin edir. Sorulan hissəciklərin 99,9%-ni etibarlı şəkildə saxlayan çoxpilləli HEPA filtrasiya sistemi (EN IEC 62885-4:2020/A1:2023 standartına uyğun sınaqlarla təsdiqlənmişdir) xaric olunan havanın təmizliyinə zəmanət verir, buna görə də VCS 3 Nano tozsoranı allergiyadan əziyyət çəkənlər üçün mükəmməl seçimdir. Bundan əlavə, o, çox səssiz işləyir (səs səviyyəsi 79 dB-dən azdır), bu da uşaqlı və ev heyvanı olan ailələr üçün xüsusilə vacibdir. Akkumulyatorun rahat doldurulması USB-C portu vasitəsilə həyata keçirilir. Yerə qənaət etmək üçün aparatı divar tutacağında saxlamaq mümkündür.
Xüsusiyyətləri və faydaları
Auto-Sense texnologiyası
Ağıllı çirklənmə dərəcəsinin təyini funksiyası avtomatik rejimdə təmizlik səmərəliliyini optimallaşdırır. Çirklənmə səviyyəsi avtomatik olaraq müəyyən edilir və buna uyğun olaraq sorma gücü tənzimlənir (3 pilləli).
Clean Control displeyi
Displeydə təmizlik prosesi və aparatın vəziyyəti barədə məlumatlar – məsələn, təmizlik rejimi, döşəmənin çirklənmə dərəcəsi (avtomatik rejimdə) və batareyanın doldurulma səviyyəsi daim əks olunur. Avtomatik rejimdə çirklənmə dərəcəsini bildirmək üçün displeydə rəng kodundan istifadə edilir. Firuzəyi rəng zəif, mavi – orta, bənövşəyi rəng isə güclü çirklənməni ifadə edir.
Dönən şarnir (180°) və işıqlı (LED) daxili işıqlandırma
VCS 3 Nano tozsoranı istənilən maneəni asanlıqla dövrələməyə imkan verir və mükəmməl təmizlik üçün ən qaranlıq küncləri belə işıqlandırır.










Rəylər
Hələ ki, rəylər yoxdur.