Qiyməti 11,729.00 ₼
Kateqoriyalar: Su qızdırıcıları olan yüksək təzyiqli təmizləyicilər, Peşəkar avadanlıqTəsviri
Yeni orta və ekstra sinif isti su ilə yuyan yüksək təzyiqli aparat 6 əsas xüsusiyyəti ilə fərqlənir: 1. Ətraf mühitin mühafizəsi. Yeni ECO rejim, suyun codluğuna nəzarət, turboventilyator, yuyucu vasitənin dəqiq dozalanması və digər funksiyalar sayəsində yüksəldilmiş səmərəlilik. 2. İstifadə rahatlığı. İntuitiv idarəetmə üçün layihələndirilmiş, mərkəzi və aydın şəkildə təşkil olunmuş idarəetmə paneli sayəsində əldə edilir. 3. Təmizləmə xüsusiyyətləri. Yüksək səmərəli təmizləmə patentləşdirilmiş ucluq texnologiyası, keramik porşenləri, turboventilyator və nasosun yüksəldilmiş məhsuldarlığı ilə zəmanət altına alınır.
Aksesuarlar alıcılarımızın tələblərinə uyğun olaraq layihələndirilmişdir. 4. Mobillik. Mobillik konsepsiyası maksimum manevr imkanı üçün iki çarx dəsti, böyük təkərlər, erqonomik tutacaqlar, bərkidilmə qovşaqları, bərkidici halqalar və cihazın aşmasına qarşı inteqrasiya olunmuş mühafizə vasitəsilə reallaşdırılır. 5. Etibarlılıq. Qazlara nəzarət, korroziyaya davamlılıq, möhkəmlik, dözümlü korpus, keramik porşenləri olan üçporşenli aksial nasos və digər xüsusiyyətlərlə zəmanət altına alınır. 6. Qulluq rahatlığı. Qulluq tələb edən bütün komponentlərə asan çıxış.
Xüsusiyyətləri və faydaları
Səmərəlilik
eco!efficiency rejimində aparat əla iş səmərəliliyi üçün maksimum məhsuldarlığı təmin etməklə yanaşı, ən qənaətli temperatur rejimində (60°C) işləyir. Brülörün (göyərdicinin) iş dövrünün optimallaşdırılması tam yük rejimi ilə müqayisədə yanacaq sərfiyyatını 20% azaldır.
Avtonomluq
Mühərrikin ayrılan istiliyindən istifadə hesabına istiliyin rekuperasiyası (geri qazanılması). 3 porşenli aksial nasoslu 4 qütblü elektrik mühərriki. Yüksək məhsuldarlıq və uzun istismar müddəti üçün su soyutmalı elektrik mühərriki.
İstismar təhlükəsizliyi.
Böyük inteqrasiya olunmuş narın su təmizləmə filtri yüksək təzyiqli nasosu çirk hissəciklərindən etibarlı şəkildə qoruyur. İnteqrasiya olunmuş termostat egzoz qazlarının temperaturu 300 °C-ni keçdikdə intiqal mühərrikini söndürür. SDS sistemi yüksək təzyiq sistemindəki dalğalanmaları və təzyiq fərqlərini kompensasiya edir.
Texniki şərtlər
Texniki məlumatlar
| Cərəyan fazalarının sayı | 3 |
|---|---|
| Gərginlik (V) | 400 |
| Tezlik (Hz) | 50 |
| Məhsuldarlıq (l/saat) | 500 – 1000 |
| İş təzyiqi (bar / MPa) | 30 – 200 / 3 – 20 |
| Температура (при подаче 12°C) (°C) | min. 80 - maks.155 |
| Güc istehlakı (kVt) | 7,8 |
| Расход дизельного топлива при полной нагрузке. (кг/ч) | 6,4 |
| Расход топлива в режиме eco!efficiency (кг/ч) | 5,1 |
| Elektrik kabeli (m) | 5 |
| Yanacaq çəni (l) | 25 |
| Çəki (aksesuarlarla birlikdə) (kq) | 167,3 |
| Çəki (qablaşdırma ilə) (kq) | 179,3 |
| Ölçü (U × E × H) (mm) | 1330 x 750 x 1060 |





Rəylər
Hələ ki, rəylər yoxdur.