Təsviri
99,995% toz saxlama effektivliyinə malik olan və seriyalı şəkildə quraşdırılan HEPA 14 filtri sayəsində, T 11/1 Classic HEPA quru təmizləmə tozsoranımız, məsələn, xəstəxanalar və tibb mərkəzləri kimi yerlərdə tətbiq olunan ən ciddi sanitariya standartlarına belə cavab verir. DIN EN 1822:2019 standartı üzrə sertifikatlaşdırılmış bu filtr aerozol qarışıqlarını, virusları, digər mikroorqanizmləri və ölçüsü bir neçə mikrometr olan digər hissəcikləri etibarlı şəkildə saxlayır. Etibarlı, uzunömürlü və nəticə etibarilə yüksək istismar səmərəliliyinə zəmanət verən 850 Vt istehlak güclü bu tozsoran, 235 mbar (23,5 kPa) vakuum yaradaraq mükəmməl təmizlik nəticələri təmin edir və eyni zamanda 61 dB(A) həddini aşmayan olduqca aşağı səs səviyyəsi ilə seçilir. Bunun sayəsində o, günün istənilən vaxtında səssizlik tələb olunan obyektlərdə problemsiz istifadə edilə bilər. 11 litrlik zibil konteynerinə, praktik daşıma dəstəyinə və erqonomik dirsək borusuna malik, yüngül (cəmi 4,2 kq) T 11/1 Classic HEPA aparatı həmçinin yığcamlığı, daşınma rahatlığı və yorulmadan uzunmüddətli işləməyə uyğunluğu ilə heyran qoyur. Aksesuarlar (uzadıcı borular və döşəmə ucluğu) tozsoranın gövdəsi üzərində rahatlıqla bərkidilə bilər. Onun çatdırılma dəstinə toxunmamış (flis) materialdan hazırlanmış filtr-kisə daxildir.
Xüsusiyyətləri və faydaları
Yüksək effektivliyə malik HEPA 14 filtri
Ciddi sanitariya standartlarına əməl olunması üçün. 99,995% filtrasiya effektivliyi ən xırda hissəciklərin saxlanılmasına zəmanət verir. DIN EN 1822:2019 standartı üzrə sertifikatlaşdırılmışdır.
Yüngül çəki
Pilləkənlərlə asanlıqla (o cümlədən bir əllə) daşınma imkanı. Eyni zibil konteyneri həcminə malik rəqib tozsoranlarla müqayisədə daha az çəki. Yorulmadan uzunmüddətli iş dövrləri üçün hazırlanmışdır.
Olduqca aşağı səs səviyyəsi – 61 dB(A)
Gecə vaxtı və səssizlik tələb olunan obyektlərdə işlərin yerinə yetirilməsi üçün ideal həll. Aşağı səs səviyyəsi əmək şəraitini asanlaşdırır.
- Aparatın saxlanılması və daşınması rahatdır.
- Möhkəm bamper tozsoranı zərbələrdən və təkanlardan qoruyur.
- Uzunömürlü, möhkəm və qənaətcil aparat
Texniki şərtlər
Texniki məlumatlar
| Elektrik təchizatı parametrləri (~/V/Hz) | 1 / 220 – 240 / 50 – 60 |
|---|---|
| Təzyiq altında (mbar/kPa) | 235 / 23,5 |
| Hava axını (l / saat) | 40 |
| Ölçülmüş güc (Vt) | 850 |
| Zibil qutusunun tutumu (L) | 11 |
| Nominal aksesuarların diametri | НД 35 |
| Kabelin uzunluğu (m) | 7,5 |
| Səs təzyiq səviyyəsi (dB (A)) | 61 |
| Çəki (təchizatsız) (kq) | 4,29 |
| Çəki (qutu ilə birlikdə) (kq) | 6,271 |
| Ölçü (U × E × H) (mm) | 385 x 285 x 385 |








Солмаз –
T 11/1 -тихий пылесос, который имеет также HEPA фильтр. Приобрели в период пандемии. Очень легкий, компактный, с низким уровнем шума. Довольны всеми параметрами.